Ru
09:45 / 13 Yanvar 2026

ABŞ-dən İrana qəbulolunmaz şərtlər – 5 əsas tələb

ABŞ-dən İrana qəbulolunmaz şərtlər – 5 əsas tələb
Eye

ABŞ İrana qarşı siyasətini gücləndirib.

Bakupost.az xəbər verir ki, “Israel Hayom” qəzetinin məlumatına görə, Ağ Ev administrasiyası Tehrana qarşı danışıqlara başlamaq üçün öncədən bir neçə ciddi şərt irəli sürüb. Əsas tələblərə İranın kütləvi nümayişçilərə qarşı atəşdən dərhal imtina etməsi, həbs olunanların buraxılması, zənginləşdirilmiş uranın təhvil verilməsi, uzaqmənzilli-ballistik raket proqramının dayandırılması və (Hizbullah, HƏMAS, Hislər və s.) terror təşkilatlarına dəstəyin kəsilməsi daxildir.

ABŞ Tehranla danışıqlara yalnız bu tələblər yerinə yetirildiyi halda razılaşacaq. Diplomatlar həmçinin qeyd ediblər ki, Vaşinqtonun gündəliyində müharibə variantı da müzakirə edilir, lakin hələlik ilkin addımların iqtisadi və siyasi təzyiq çərçivəsində qalması planlaşdırılır.

İran tərəfi hələlik bu tələblərə rəsmi münasibət bildirməyib. Təhlilçilər hesab edir ki, bu kimi sərt şərtlər İran rejimini daha da təcrid edə və vəziyyəti ağırlaşdıra bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar