Vaşinqton Tehrana ünvanladığı iddia edilən 15 bəndlik sülh planı ilə yanaşı, deyəsən İranın üzərinə əlavə digər tələblər də qoymaq istəyir. Ən azından ABŞ Prezidenti Donald Trampın son açıqlaması belə deməyə əsas verir. Ancaq Ağ Ev rəhbəri əlavə tələblərin nədən ibarət olduğu barədə hər hansı bir açıqlama verməyib.
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, əslində ortalıqda əlavə tələblər məsələsi yoxdur. Onun fikrincə, bunlar sadəcə təbliğat xatirinə ortaya atılan sözlərdir:
“Hansısa razılaşmanın əldə olunacağına inanmıram. Çünki ABŞ və İranın bir-birinə qarşı irəli sürdüyü tələbləri danışıqlar yolu ilə icra etmək mümkün deyil. Bu mənada danışıqlar sadəcə təbliğat xarakteri daşıyır. Real danışıqlar yoxdur. Trampın 15 bəndlik sülh planından əlavə Tehranın üzərinə başqa tələblər qoyacaqları barədə açıqlaması da, aparılan danışıqlar kimi məhz təbliğat xatirinə deyilən sözlərdir. Bu baxımdan deyərdim ki, əslində əlavə tələblər yoxdur”.
Zülfüqarov hesab edir ki, ABŞ-ın məqsədi İranı Suriyanın səviyyəsinə endirməkdir:
“ABŞ İranın elektrik istehsal edən müəssisələrinə zərbələr endirməyi düşünür. Belədə, proses İranın mövcud infrastrukturunu dağıdıb, onu Suriyanın infrastrukturu səviyyəsinə endirməyə doğru gedir. Məqsəd budur və o da ardıcıl olaraq həyata keçirilir”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında 15 bəndlik sülh planından əlavə İranın üzərinə başqa tələblər qoyacaqlarını bəyan edib. Onlar bizim əksər bəndlərimizlə razılaşıblar. Onlar planla bağlı bizimlə razılaşırlar. Biz 15 bənd istədik və onlar əsasən qəbul edilib və biz daha bir neçə şey istəyəcəyik.
Rüfət Sultan, BakuPost
SSRİ dovründə Xankənddə bir Novosibirsk vətəndaşından eşitdim ki, O, Şuşaya sanatora gələnəcən (Qafqaz varisi) Azərbaycan republikasının varlığından xəbəri olmadığına iddia etdi. Digər Yer aləminə daha kiçik miqyaslı deyilikmi, hörmətli yazar Sultan və sabiq Nazir Zülfüqarov? Digər dünya aləmi ilə yaxın (Şərq və s.) zərif region kimi siyasəti xəyalətlə qatışıq salanda İrandan təmkini, Hərbi-texniki güc Tandemindən isə heç olmazsa, sızma-şüalanma təhlükəli nüvə və kütləvi-ictimai mərkəzlərə hərbi-dağıdıcı zərbələr endirməməyi acizanə xahiş edə bilərdik? Beynəlxalq münasibətlərin digər suallarına, elə digər beynəlxalq mühakimə təşkilatları daha operativ və ciddi-həlledici təsili baxmalıdırlar? Avropa NATOsuna iddialı Kreml dörd ildir Ukraynanı Hərblə dağıdır, məhv edir? 150 milyonluq Rusiyada 150 nəfər belə müharibə tərəfdarı olmasına mən inanmıram?