Ru
11:34 / 29 İyul 2025

ABŞ strateji əhəmiyyətli adaları almaq istəyir - Rusiyaya 15 milyardlıq təklif

ABŞ strateji əhəmiyyətli adaları almaq istəyir -  Rusiyaya 15 milyardlıq təklif
Eye

Amerikalı polkovnik-leytenant Ceffri Fritz ABŞ hakimiyyətinə Çinin regionda fəaliyyətini izləmək üçün Komandor adalarını Rusiyadan 15 milyard dollara almağı təklif edib.

Bakupost.az xəbər verir ki, bu barədə hərbçi “Breaking Defense” nəşri üçün yazdığı məqalədə qeyd edib.

Fritz bildirib ki, Komandor adaları Çinin Jianggezhuang adlı hərbi-dəniz bazasından Arktikaya uzanan potensial marşrut boyunca yerləşir. Onun fikrincə, ABŞ bu mümkün razılaşma çərçivəsində təkcə adaları deyil, həm də onlara bitişik olan xüsusi iqtisadi zonanı, təbii ehtiyatları və infrastruktur obyektlərini də almalıdır. Bu ərazilər alınarsa, ölkənin xüsusi iqtisadi zonası 3,8% genişlənə bilər.

Fritz ehtimal edib ki, Komandor adaları, məsələn, Alyaska ştatının tərkibinə daxil edilə bilər.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan etmişdi ki, Qrenlandiya ABŞ-ın tərkibinə daxil olmalıdır. Onun fikrincə, bu addım milli təhlükəsizlik və “azad dünyanın müdafiəsi” baxımından strateji əhəmiyyət daşıyır. Lakin Danimarka hökuməti bu fikirlərlə razılaşmır. İyunun 5-də Danimarkanın baş naziri Mette Frederiksen Trampın bu adaya dair bəyanatları qəbuledilməz adlandıraraq vurğulamışdı ki, danimarkalılar Ağ Ev rəhbərinin təzyiqləri qarşısında “əyilməyəcək”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar