İranın xarici işlər naziri Abbas Əraqçi iyulun 30-da Tacikistana rəsmi səfər edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Tacikistan KİV-ə istinadən xəbər verir.
Səfər çərçivəsində ölkə rəhbərliyi ilə danışıqlar planlaşdırılır. İran XİN başçısını Tacikistan Prezidenti Emoməli Rəhmon qəbul edəcək. Həmçinin onun Tacikistan xarici işlər naziri və digər rəsmi nümayəndələrlə görüşləri gözlənilir.