Böyük Tehran həbsxanasında saxlanılan siyasi məhbusların ailə üzvlərinə qarşı qeyri-insani rəftar və zorakılıqla bağlı ciddi xəbərlər yayılıb.
Bakupost.az xəbər verir ki, zorakılıq halı ilə bağlı məlumatı "Iran Wire" dərc edib.
Məlumata görə, son həftələrdə ziyarətlər zamanı bəzi ailə üzvləri, xüsusilə qadınlar həbsxana girişində təhlükəsizlik məmurları tərəfindən tam soyunmağa məcbur edilib. Bu yoxlamalar skan cihazları olmadan, yalnız əl ilə aparılıb. Ailələr bu rəftarı "alçaldıcı addım" adlandıraraq, etiraz ediblər.
Bundan əlavə, siyasi məhbusların Evin həbsxanasından Böyük Tehran zindanına köçürülməsindən sonra görüş qaydalarında daha sərt məhdudiyyətlər tətbiq edildiyi, bəzi ailələrin yalnız üç həftə sonra yaxınları ilə görüşə bildiyi qeyd edilir.
Bu arada siyasi fəal Fatimə Sepehrinin ailəsi onun qızının ziyarət zamanı həbsxana məmurlarından biri tərəfindən cinsi zorakılığa məruz qaldığını açıqlayıb.
Asena,
BakuPost