Ru
01:51 / 26 May 2026

Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür - VİDEO

Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür - VİDEO
Eye

Həyətyanı sahələr çöküb, ərazidə iri çuxurlar yaranıb. Hətta evlərdən birinin mətbəxi əşyaları ilə birlikdə kollektora düşüb.

Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev küçəsi, 88 ünvanından lentə alınıb. Sakinlərin sözlərinə görə, aramsız yağışlardan sonra küçəboyu müxtəlif evlərin həyətlərində çökmələr əmələ gəlib. Son günlərdə isə demək olar ki, bütün həyətlərdə dərin quyular yaranıb.

Sakinlər iddia edirlər ki, evlər kollektorun üzərində tikilməyib. Onların sözlərinə görə, çökməyə səbəb olan kollektor sonradan çəkilib.

Onlar mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini bildiriblər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Qurum qeyd edib ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.

Həmçinin bildirilib ki, məsələ ilə əlaqədar Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib və aidiyyəti üzrə tədbirlərin görülməsi üçün müraciət olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar