Ru
22:51 / 25 May 2026

Mirzoyan: Rusiya Ermənistandan idxala daim məhdudiyyətlər tətbiq edir

Mirzoyan: Rusiya Ermənistandan idxala daim məhdudiyyətlər tətbiq edir
Eye

Rusiya standartlara uyğun gəlmədiyini əsas gətirərək Ermənistandan bir sıra malların idxalına daim məhdudiyyətlər tətbiq edir.

Bakupost.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, bu məsələ tez-tez müəyyən siyasi qüvvələr və media tərəfindən spekulyasiya edilir:

"Amma problem var. Rusiyaya böyük həcmdə məhsul tədarük edəndə daim bu hal baş verir".

Qeyd edək ki, mayın 22-dən Rusiya Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq edib.

Bundan əvvəl Ermənistan XİN rəhbəri bəyan etmişdi ki, İrəvan Moskva ilə münasibətləri kəsmək niyyətində deyil.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar