Ru
22:27 / 24 Aprel 2026

ABŞ və Aİ faydalı qazıntılar üzrə əməkdaşlıq sazişi imzaladı

ABŞ və Aİ faydalı qazıntılar üzrə əməkdaşlıq sazişi imzaladı
Eye

ABŞ-nin dövlət katibi Marko Rubio və Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Maroş Şefçoviç strateji əhəmiyyətli faydalı qazıntıların hasilatı və tədarükü sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə Qərb KİV-i məlumat yayıb.

"Bu resursların bir və ya iki məntəqədə cəmləşməsi qəbuledilməz risk yaradır. Biz tədarük zəncirlərini şaxələndirməliyik", - deyə Rubio sənədin imzalanması ərəfəsində bildirib.

Onun sözlərinə görə, Brüssellə ilkin razılaşma Qərb müttəfiqləri arasında faydalı qazıntıların tədarük zəncirlərinin təmin olunmasının iqtisadi uğur üçün əhəmiyyətinə dair anlayışın artdığını göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar