Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Böyük Çamlıca məscidində keçirilən 333 nəfərin Hafizlik İcazə Mərasiminə qatılıb.
Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, mərasimdə iştirak edən hafizlər üçün proqram Qurani-Kərim tilavəti ilə başlayıb.
Prezident Ərdoğan mərasim zamanı “Əşr-i Şərif” oxuyub.
O, mərasimdən sonra iştirakçılarla birlikdə cümə namazı qılıb. Xütbə türk, ərəb, ingilis və yapon dillərində oxunub.
Ərdoğanın bu görüntüləri sosial mediada sürətlə yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.