Ru
17:13 / 31 Oktyabr 2025

ABŞ Venesuelanı vurmağa hazırlaşır: Hədəf Madurodur?

ABŞ Venesuelanı vurmağa hazırlaşır: Hədəf Madurodur?
Eye

Donald Tramp administrasiyası Venesuela daxilindəki hərbi obyektlərə hücum hazırlığı görür.

Bakupost.az xəbər verir ki, bu barədə “Mayami Herald”a bildirib.

Məlumatlı mənbələrə istinad edən nəşr prezident Nikolas Maduronun rəhbərlik etdiyi bildirilən “Soles” adlı narkokartelin istifadə etdiyi obyektlərin hədəfdə olduğunu bildirib.

Mənbələr qeyd edib ki, günlər, hətta saatlar içində həyata keçirilə biləcək hücumlar kartelin əsas infrastrukturunu məhv etməyi və mümkün halda onun rəhbərliyini hədəfə almağı nəzərdə tutur.

ABŞ rəsmiləri hesab edir ki, “Soles” karteli hər il təxminən 500 ton kokaini Avropa və Amerika bazarlarına ixrac edir.

Mənbələr Maduronun birbaşa hədəf olub-olmadığını təsdiqləməsə də, Venesuela liderinin “artıq çıxış yollarının tükəndiyini” bildiriblər:
“Maduro yaxın zamanda anlayacaq ki, ölkədən qaçması mümkün deyil. Daha təhlükəlisi isə onu ələ verməyə hazır bir neçə generalın mövcud olmasıdır. Onlar ölüm haqqında danışmağın və onu yaxınlaşarkən görməyin fərqli şeylər olduğunu yaxşı anlayırlar”.

“Mayami Herald” yazır ki, bu əməliyyat Tramp administrasiyasının “Soles” narkokartelinə qarşı mübarizəsini yeni səviyyəyə qaldırır.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar