Ru
11:37 / 08 Yanvar 2026

Abşeronun bəzi yerlərində işıq olmayacaq

Abşeronun bəzi yerlərində işıq olmayacaq
Eye

Bu gün Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bakupost.az -ın "Azərişıq" ASC-dən əldə etdiyi məlumata görə, buna səbəb Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində aparılacaq təmir işləridir.

"Bununla əlaqədar olaraq saat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, Kənd Narlıq ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə qurumdan bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar