Ru
11:10 / 10 Yanvar 2026

Abşeronun bu əraziləri 6 saat işıqsız qalacaq

Abşeronun bu əraziləri 6 saat işıqsız qalacaq
Eye

Bu gün 9:00-dan etibarən Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev, Mehdi Hüseyn küçələri, Müşviq qəsəbəsi, 28 May qəsəbəsinin bir hissəsində, Sumqayıt yolunun ətrafında elektrik enerjisinin verilişi dayandırılıb.


Bakupost.az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Qeyd olunur ki, elektrik kəsintisinə səbəb Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 110 kV-luq "Masazır-1" və "Xırdalan-5" hava xətlərində təmir işlərinin aparılmasıdır.

Elektrik enerjisinin verilişində məhdudiyyətin saat 15:00-dək davam edəcəyi, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacağı bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar