Qızılın qiyməti ABŞ-də inflyasiya riskləri və Federal Ehtiyat Sisteminin (FES) faiz siyasətinin gələcək istiqaməti ilə bağlı gözləntilər fonunda geriləyib.
“Bakupost” xəbər verir ki, spot qızılın bir unsiyası 0,3 faiz ucuzlaşaraq 4 366,64 dollara düşüb. Gün ərzində qiymət 4 360 dollar səviyyəsindən də aşağı enib.
İnvestorlar FES rəsmilərinin faiz siyasəti ilə bağlı açıqlamalarını və ABŞ-də inflyasiyanın gedişini izləyirlər. Minneapolis FES rəhbəri Neel Kaşkari inflyasiyanın hələ də yüksək olduğunu və qiymət təzyiqlərinin yalnız neft qiymətləri ilə bağlı olmadığını bildirib.
Digər tərəfdən, ABŞ-İran münasibətləri və neft bazarındakı vəziyyət də qiymətli metala təsir edən amillər sırasında qalır.
Vüsalə Hüseynova,
BakuPost