Ru
17:00 / 03 İyul 2026

“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO

“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub  - FOTO
Eye

“Admedia” reklam agentliyi Bakıda keçirilən 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresi çərçivəsində Konqresin “Gold Sponsor”u qismində təltif olunub.


"Bakupost" xəbər verir ki, mükafatı beynəlxalq tədbirin sədri, Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Dr. Hakan Dinçyürek “Admedia” reklam agentliyinin rəhbəri Sabit Məmmədova və rəqəmsal media departamentinin rəhbəri Ayşən Rəfiyevaya təqdim edib.

Qeyd edək ki, 3–4 iyul tarixlərində Azərbaycanda ilk dəfə keçirilən I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” təşkil olunur. Konqresdə ABŞ, Türkiyə, Rusiya, Almaniya, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələr də daxil olmaqla ümumilikdə 10 ölkədən səhiyyə menecmenti üzrə tanınmış mütəxəssislər iştirak edir və xarici məruzəçilər səhiyyə idarəçiliyi sahəsində beynəlxalq təcrübələrini yerli auditoriya ilə bölüşürlər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar