Ru
15:00 / 11 Fevral 2026

AFFA baş məşqçiyə ağır cəza verdi - VİDEO

AFFA baş məşqçiyə ağır cəza verdi - VİDEO
Eye

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Bakupost.az xəbər verir ki, toplantıda Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar verilib.

“Sabah” – “Qəbələ” oyununa qonaqlar təyin edilmiş vaxtdan gec gəldiyindən, xəbərdarlıq edilib.

“Kəpəz”lər görüşün 41-ci dəqiqəsində “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alıb. Buna görə, məşqçi 1 oyunluq cəzalanıb, klub 2500 manat cərimə ilə üzləşib.

Qarşılaşmanın 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə alıb və ardından hakimləri təhqir edib. Bu isə Berdiyevin 4 oyunluq diskvalifikasiyasına və “Turan Tovuz”un 10000 manat cərimələnməsinə səbəb olub.

" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar