Paytaxtın "Ağ Şəhər" ərazisində tikintidə bədbəxt hadisə baş verib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Qaya Elçin oğlu Mahmudov tikinti zamanı hündürlükdən yıxılıb.
Hadisə nəticəsində onun hər iki qolu və bir ayağı sınıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
O, yaxın saatlarda əməliyyat olunacaq.
Aysel,
BakuPost