Bakıda vətəndaş uğursuz estetik əməliyyatın nəticəsinə etiraz etdiyinə görə klinika rəhbərliyi tərəfindən döyüldüyünü iddia edir.
“Bakupost” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərin “Uğur777” estetik mərkəzində qeydə alındığı bildirilir.
Məlumata görə, “TikTok”da tapdığı səhifə vasitəsilə sözügedən estetik mərkəzə müraciət edən 42 yaşlı Ceyhunə Fərəcova 3 il əvvəl blefaroplastika əməliyyatı etdirərək göz qapaqlarının formasını dəyişdirib. O iddia edir ki, əməliyyatı icra edən həkim Xəyalə İsmayılovanın təkidi ilə elə həmin gün ayaq əyriliyini də düzəltmək qərarına gəlib.
C.Fərəcovanın sözlərinə görə, özünü ali təhsilli ümumi cərrah kimi təqdim edən X.İsmayılova pasiyentin hər iki ayağına estetik görünüş vermək üçün dolğu əvəzinə vazelin istifadə edib.
Pasiyent bildirir ki, hazırda bud nahiyəsində çürümə gedir.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Yasəmən, BakuPost