Ru
20:59 / 13 Yanvar 2021

Ağ Şəhərdən Mərkəzi Parka yeni dəhliz yaradıldı VİDEO

Ağ Şəhərdən Mərkəzi Parka yeni dəhliz yaradıldı   VİDEO
Eye

Yusif Səfərov layihəsi çərçivəsində sözü gedən küçənin Mehdi Mehdizadə və Sabit Orucov küçələri kəsişməsində quraşdırılan svetofor obyektləri test rejimində işə salınaraq təhlillər aparılır.

Bu barədə "BakuPost"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, layihə çərçivəsində Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə, Sabit Orucov Nizami küçəsindən Sabit Orucov küçəsinə birbaşa keçid imkanı yaradılıb. Nəticədə nəqliyyat vasitələrinin yürüş məsafəsi 1.5 km qısalıb.

Yusif Səfərov küçəsindən keçməklə Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb.

Yeni yaradılan nəqliyyat dəhlizləri sayəsində Üzeyir Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələri, Neftçilər prospekti istiqamətində nəqliyyat yükü q️ismən azalacaq.

Sürücülərdən xahiş edirik ki, gedəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdirərək yol ayrıclarına yaxınlaşan zaman zolaqlar üzrə hərəkət qaydalarına və yol nişanlarının tələblərinə riayət etsinlər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar