Ru
14:05 / 27 Aprel 2021

Baloğlan Əşrəfov niyə xəstəxanaya yerləşdirilmədi? - TƏBİB-dən açıqlama

Baloğlan Əşrəfov niyə xəstəxanaya yerləşdirilmədi? -  TƏBİB-dən açıqlama
Eye

Xəbər verdiyimiz kimi, koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib.

Bakupost.az xəbər verir ki, 69 yaşlı müğənni dəfələrlə özünü yaxşı hiss etmədiyini bildirib:

“13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Təngnəfəs oluram. Çox danışa bilmirəm”.

Bəs sənətçi ağır halda olmasına baxmayaraq nə üçün xəstəxanaya yerləşdirilmədi?

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan bildirilbi ki, TƏBİB bu işlə məşğul deyil:

“TƏBİB stasionar şəraitə müalicə işi məşğuldur. Kovid xəstələrini xəstəxanaya Təcili Tibbi Yardım yerləşdirir”.

Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən tanınmış müğənni 2007-ci il martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra müğənniyə Türkiyədə qaraciyər köçürülmüşdü.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar