Ru
01:08 / 27 Aprel 2021

Baloğlan Əşrəfov vəfat etdi - VİDEO

6873
Koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb.

O, 69 yaşında dünyasını dəyişib.

B.Əşrəfov bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.

O, 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin!


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər