Ru
15:07 / 28 Fevral 2026

Aİ liderlərindən Yaxın Şərqdə yaranmış vəziyyətə reaksiya

Aİ liderlərindən Yaxın Şərqdə yaranmış vəziyyətə reaksiya
Eye

Aİ liderləri İrandakı hadisələrdən narahatdır.

Bakupost.az apa-ya istinadən xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ Şurasının Prezidenti Antonio Koşta yaranmış vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Aİ liderləri bütün tərəfləri təmkinli olmağa, mülki şəxsləri qorumağa və beynəlxalq hüquqa tam riayət etməyə çağırıb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə “X” hesabında hadisələrə münasibət bildirərkən, blokun ərəb ölkələri ilə koordinasiyada olduğunu və diplomatik həll yolları axtardığını qeyd edib.

“Konsul şəbəkəmiz Aİ vətəndaşlarının regiondan çıxmasını asanlaşdırmaq üçün tam gücü ilə çalışır. Fəaliyyəti zəruri olmayan blok rəsmiləri regiondan çıxarılır”, - Kallas vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar