İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 nəfər isə yaralanıb.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
***
İranda Miyanab bölgəsində qızlar məktəbində ölən şagirdlərin sayı 40-a çatıb.
Məlumatı İran mediası yayıb.
Bildirilib ki, hadisə nəticəsində 48 nəfər xəsarət alıb.
***
15:47
İsrail ordusunun Miyanabda qızlar məktəbinə hücum nəticəsində 24 nəfər həlak olub.