Ru
11:41 / 11 Sentyabr 2019

“Alibaba”nın rəhbəri rok konsertilə vida etdi - FOTO

3470

Dünyanın ən böyük e-ticarət şirkətlərindən olan “Alibaba”nın qurucusu Jak Ma, 20 il əvvəl qurduğu şirkətində çalışan minlərlə insanın doldurduğu bir stadionda sənhə aldığı rok konserti ilə təqaüdə ayrılıb.

BakuPost.az BBC-yə istinadən xəbər verir ki, dörd saat davam edən konsertdə göz yaşlarına hakim ola bilməyən Ma bunun bir son olmadığını, ənənənin yeni nəsilə keçdiyi anlamına gəldiyini deyib.

Qeyd edək ki, Jak Ma 1999-cu ildən başlayan elektron ticarət sahəsində 40 milyard dollardan çox gəlir əldə edib. İlk dəfə 1995-ci ildə ABŞ-a səyahəti zamanı internetlə tanış olduqdan sonra "Alibaba"e-ticarət şirkətini qurub.


Xatırladaq ki, həyata keçən bu çıxış, Ma üçün bir ilk deyil. O, 2009-ci ildə şirkətin yaranmasının 10-cu ildönümündə də möhtəşəm şou proqramı ilə çıxış edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər