Ru
10:49 / 30 Sentyabr 2026

BDYPİ sürücülərə çağırış etdi

BDYPİ sürücülərə çağırış etdi
Eye

Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı çərçivəsində sürücülərə çağırış edib.

İdarədən "Bakupost"a verilən xəbərə görə, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə Tədbirlər Planına əsasən, 2026-cı il oktyabrın 1-dən noyabrın 1-dək ölkə ərazisində “Təmiz hava” aylığı keçiriləcək.

Aylıq çərçivəsində nəqliyyat vasitələrinin istismarı zamanı atmosferə atılan zərərli maddələrin azaldılması, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə və nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə mühərrikin və işlənmiş qazları xaric etmə sisteminin vəziyyətinə diqqət yetirməyə çağırır. Atmosferə normadan artıq zərərli tullantı buraxan nəqliyyat vasitələrinin istismarı ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərir.

Sürücülərdən avtomobillərinə vaxtlı-vaxtında texniki qulluq göstərmələri, nasazlıqları aradan qaldırmaları və nəqliyyat vasitələrini müəyyən edilmiş ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaları xahiş olunur.

Təmiz hava və sağlam ətraf mühitin qorunması hər birimizin məsuliyyətidir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar