Ru
10:00 / 22 Sentyabr 2025

Alim Qasımov “Nəsimi” kompozisiyası ilə Şamaxıda çıxış edəcək - VİDEO

Alim Qasımov “Nəsimi” kompozisiyası ilə Şamaxıda çıxış edəcək - VİDEO
Eye

İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın və yeni quruluşda “Nəsimi dastanı” baletinin son məşqləri gedir.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sentyabrın 24-də Nəsimi fesitvalı çərçivəsində Şamaxıdakı Nəsimi Bağları Kompleksində təqdim ediləcək bədii proqramda ilk əvvəl F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının təqdimatında “Sufi” rəqsi nümayiş olunacaq.

Daha sonra Əməkdar artist Sevda Ələkbərzadə “Mərhaba, xoş gəldin” deyəcək.

Tanınmış müğənni Çingiz Mustafayev və türkiyəli yazar, musiqiçi Hakan Mengüçun ifasında “Qafil, oyan” səslənəcək.
Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu, tanınmış müğənni AISEL, əməkdar artist Elnur Mikayılov (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında isə “Dönməzəm” dinləniləcək.

Bədii proqram dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri - “Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi ilə başa çatacaq.

Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq.

Bu təqdimatı özünəməxsus edən isə Şamaxıda yeni ucaldılan möhtəşəm Nəsimi abidəsinin onündə baş tutması olacaq.

Builki Nəsimi festivalılı 23-25 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçiriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar