Ru
10:30 / 22 Sentyabr 2025

Həmkəndlisini döyüb ödürdü

Həmkəndlisini döyüb ödürdü
Eye

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bakupost.az bildirir ki, bu barədə oxu.az-a Tovuz rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar