Ru
15:18 / 24 Avqust 2021

Alim Qasımovun kürəkəni həbs edildi - FOTO - VİDEO

13069
Xanəndə, xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib. O, Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunur.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir.


İşə hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə zərərçəkmiş şəxs Alim Qasımovun xanımı və qohumudur.

Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlanov hazırda həbsdədir. O, Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-ziynət əşyalarını oğurlamaqda ittiham olunur.

Məhkəmə araşdırması davam edir.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər