Ru
21:47 / 24 Oktyabr 2021

Alim Qasımovun qızının evi əlindən alınıb

Alim Qasımovun qızının evi əlindən alınıb
Eye

Əməkdar artist Fərqanə Qasımovanın evi əlindən alınıb.

Bakupost.az xəbər verir ki, xanəndə bu haqda "Onun sirri" proqramında danışıb. O bildirib ki, gəlin köçdüyü ev ondan alınıb:

"Aldığım zərbələrdən biri də bu oldu ki, verilən sözün üstündə durulmadı. Övladlarımı dünyaya gətirdiyim, əziyyət çəkdiyim ocaq mənə verilmədi. Mənim gəlin getdiyim ocaq idi. Ağrılı, acılı, xoş günlərim orada oldu. O evi inkar etdilər. Bizim olanı bizdən aldılar, haqqımız olanı aldılar. Dedilər, siz bizim üçün yoxmuş kimi həyatınıza davam edin. 6-7 il evsiz atamın evində qaldıq".

F.Qasımova "Uşaqların atasının ailəsi tərəfdən oldu" sualına "Yəqin ki... Elə oldu. Mən də o insana ata kimi baxırdım. Satılan, əldən gedənləri Allah bərpa edir. Əsas o deyil ki, əlimdən getdi. Sadəcə, bizə verilən dəyər, söz... İnsanı acıdan odur. Bu gün evim var, atamın dəstəyi ilə" reaksiyasını verib

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar