Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının deputatları “BRICS – Avropa” forumunda iştirak etmək üçün Soçiyə gəliblər. Tədbir hakim “Vahid Rusiya” partiyası tərəfindən keçirilir.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, heyətdə Bundestaqın (Almaniya Parlamenti) İqtisadiyyat və Energetika Komitəsinin üzvü Şteffen Kotre, AfD-nin Saksoniya bölgəsinin rəhbəri Yorg Urban və Avropa Parlamentinin deputatı Hans Noyhoff var.
Rusiya mediası Kotrenin səfərini sensasiya kimi təqdim edib.
Deputatların Soçiyə səfər planları ilə bağlı AfD daxilində mübahisə yaranıb. “Deutsche Welle”in məlumatına görə, partiyanın sədri Alisa Veydel bu cür səfərlərin heç bir mənası olmadığını bildirib. Partiyanın baş katibi Martin Huber isə deputatların Rusiyaya səfər planlarını “dövlətə xəyanət” adlandırıb.
Cavid, BakuPsot