Almaniyada azərbaycanlılarla afrikalılar arasında qanlı dava: xeyli yaralı var

  • 21 Avq 2019 20:24
  • 2888 Baxış
Almaniyada azərbaycanlılarla afrikalılar arasında qanlı dava:  xeyli yaralı var
"Almaniyanın Deggendorf şəhərində azərbaycanlılarla Nigeriya və Seneqaldan olan şəxslər arasında qarşıdurma olub".



BakuPost xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib. 

 

Məlumata görə, hadisə ötən gün təxminən saat 17:00 radələrində baş verib.


Belə ki, dünən 15-16 yaşlı bir azərbaycanlı xanım Nigeriya və Seneqaldan olan şəxslər yaşadığı binanın ətrafında olanda sərxoş nigeriyalılar ona hücum ediblər.

 

 
Hücuma məruz qalan xanım yaranan münaqişədən qaça bilib.



Bir müddət sonra isə azərbaycanlılar qarşı tərəfin yaşadığı binaya daxil olub, məsələnin səbəbini araşdırmaq istəyiblər. Bu zaman qarşıdurma baş verib. Qarşıdurmada hər iki tərəfdən xeyli sayda yaralanan olub. Müəyyən vaxt keçdikdən sonra isə nigeriyalılar və seneqallılar azərbaycanlılar yaşadığı düşərgəyə hücum çəkiblər. Daş, dəmir parçaları atıblar. Bütün pəncərələri vurub, sındırıblar. Əraziyə yüzə yaxın xüsusi təyinatlı polis dəstəsi cəlb edilib. Hər iki tərəfdən də bir neçə nəfər saxlanılıb. Xəsarət alanlar isə xəstəxanalara yerləşdirilib. Xəsarət alan azərbaycanlılar bu gün xəstəxanadan buraxılıblar. Lakin polis bölməsinə aparılanların bəziləri hələ ki, buraxılmayıb.



İnsident nəticəsində tərəflər arasında ağır xəsarət alan və ya ölən yoxdur.



Hazırda həmin düşərgə polis nəzarətindədir.