Ru
16:51 / 10 Sentyabr 2019

Almaniyada xəstəxana yandı – 1 ölü, 72 xəsarət

2917

Ötən gecə Almaniyanın Düsseldorf şəhərindəki MHD (Marien Hospital Duesseldorf) klinikasında dəhşətli yanğın baş verib.


BakuPost xarixi mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, 72 nəfər zərər çəkib. Zərər çəkənlərin böyük əksəriyyəti tüstüdən zəhərlənib.

Həyatını itirən şəxsin 77 yaşı olub. Tüstüdən zəhərlənənlərin 7-sinin vəziyyəti çox ağır qiymətləndirilir.
Hazırda yanğın söndürülüb, onun səbəbi hələlik məlum deyil.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər