Ru
15:42 / 07 Fevral 2020

Alpər Potuk “Qarabağ”a niyə keçmədi? - SƏBƏB

Alpər Potuk “Qarabağ”a niyə keçmədi? -  SƏBƏB
Eye

Türkiyə millisinin və “Fənərbağça” idman klubunun futbolçusu Alpər Potukun “Qarabağ”a gəlməməsinin səbəbi açıqlanıb.

BakuPost bununla bağlı “Milliyet” qəzetinə istinadən məlumat verir.


Nəşrin yazdığına görə, yarımmüdafiəçinin Ağdam klubuna keçəcəyi halda onun maaşının yarısını “Fənərbaxça”, yarısını isə “Qarabağ” ödəyəcəkmiş. Eyni zamanda o, “Köhlən atlar”la yaya qədər müqavilə imzalamağı düşünüb. Bu barədə ilkin razılıq da əldə olunub. Lakin son anda qərar dəyişən təcrübəli futbolçu Ağdam klubunda oynamaq istəmədiyini bildirib.

Qeyd edək ki, Türkiyə millisinin üzvünün Azərbaycan klubuna keçəcəyi halda ona 600 min avro ödənilməsi nəzərdə tutulub. Futbolçunun mövsüm sonunda klubdan ayrıla biləciyi deyilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar