Ru
21:58 / 25 Sentyabr 2026

“Alim Qasımov sənətə xəyanət edir” – VİDEO

“Alim Qasımov sənətə xəyanət edir” –  VİDEO
Eye

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 39-cu buraxılışının yazılı variantını təqdim edir.

Tıxaclar...

– Bizdə mövsümü prblemlər olur. Seldir, daşqınlardır, bir də tıxac. Hər dəfə problem yarananda, biz ondan çıxış yolu axtarırırq. Problemi həll etmək başqadır, baş verəndən sonra çıxış polu axtarıb tədbir görmək başqa. Bir var xəstəliyin simptomları ilə mübarizə aparasan, bir var özünü aradan qaldırasan. Bakı tıxaclarının mənbəyini millət vəkili Zahid Oruc göstərdi: Bakıya ağlagəlməz həddə axın... Bəzi zəif düşüncəli insanlar bu məsləni məcburi köçkünlərlə bağlayırlar. Nəzərə alaq ki, məcburi köçkünlərin ümumi sayı 700-800 mindir, onlarn isə bir hissəsi əyalətdə yaşayır, bir hissəsi işğaldan azad edilmiş torpaqlara qayıdıb. Bakıya axın ölkənin ümumi problemidir. Qarşısnı almq üçünsə bölgələrdə müəyyən güzəştlərlə yaşayış səviyyəsini qaldrmaq, şəhərə axınının qarşısını almaqdır. Zahid müəllimin fikirləri içərisində ən təsirlilərindən biri də budur ki, ermənilərin dağıtdığı kəndlərə yaxşı-pis qayıdırıq, ancaq könüllü tərk etdiyim kəndlərə qayıdış çətin olacaq. Biz bu barədə ciddi-ciddi düşünməliyik. Şəxsən mən müşahidəmə əsaslanaraq bu qənaətə gəlmişəm ki, bir lahiyə həyata keçəndə, aiddiyyatı qurumlar onun vətəndaşlar üçün əhəmiyyətlilik dərəcəsəindən çox, ayrılan vəsaiti necə dağıtmaq haqqında düşünürlər. Bu bir fakt deyil, mənim şəxsi qənaətimdir və zaman-zaman gördüklərim məni bu fikirdə sabit-qədəm qılır. Yoxsa bu boyda imkanla, pulla tıxaclar məsələsinə də indiyə qədər bir əlac tapardıq. Biz bunu sadəcə olaraq istəmirik.
Millət vəkili Səyyad Aran nazirlərə qarşı...

– Həftəmizin ən qalmaqallı açıqlamalarından biri də millət vəkili Səyyad Arandan gəldi. Yeri gəlmişkən, Səyyad müəllim həm də yazıçıdır və görünür, bu açıqlamasında yazıçılığının da rolu var. O, ölkənin nazirlərinə səslənərək deyir ki, vətəndaşların qarşısına biz çıxırıq, onların tənbehlərini biz eşidirik, elə rahatdırsa, buyurun, gəlin-çıxın insanların qarşısına, onlara cavab verin. Təkcə nazirlərin deyil, əksər yüksək çinli məmurların xalqla üz-üzə gəlmək problemi var. Onların yola gedəcəyini düşünmürəm. Çünki arada çox böyük, dərin, keçilməz uçurum yaranıb. Onlar bir-birinin dilini bilmirlər. Rəqəm anlayışları da fərlqidir Məsələn, 100 manat bir yüksək çinli məmur üçün başqa, xalq üçün başqa ekvivalentdir. Mən bilmirəm Səyyad müəllimin bu çıxışına görə başı ağrıyacaq, ya yox, – böyük ehtimalla ağrıyacaq, – çox ciddi bir həqiqəti səsləndirib. Doğrudan da indiki şəraitdə sadə insanlarla səmimi şəraitdə üz-üzə gəlmək Azərbaycan məmurundan cəsarət istəyir. Niyə? Səbəb nədir? Bunun haqqında saatlarla danışmaq olar. Lakin əslində heç danışmağa da ehtiyac yoxdur. Ətrafda on beş dəqiqə müşahidə aparmaq yetər.

Kino işçiləri ölkə başçısına müraciət etdi...

– Adətən qeyri-hökumət təşkilatları dövlətin onların işinə qarışmasını istəməzlər, bizdə isə kino işçiləri ölkə başçısına müraciət edəərək Kino İttifaqının axırıncı qurultayında yol verilən haqsızlıqla bağlı məsələyə müdaxilə etməsini xahiş ediblər. Üç-dörd xalq artisti, ona yaxın əməkdar artist, bir çox tanınmış senaristlər, rejissorlar, aktyorlar, qələm adamları... Əvvəl adam onları qınayır ki, sadə bir QHT-nin qurultayını bu həddə gətirib-çıxarırlar. Lakin problemlə maraqlananda, başqa əlaclarının olmadığını görürsən. Demək, qurultayda 87 nəfərin ittifaqdan çıxarıldığı elan olunub, lakin nə siyahı açıqlanır, nə çıxarılma səbəbi. Hamının içində bir qorxu var ki, görən, mən də o siyahlda deyiləm? Lap Kafkavari vəziyyətdir. Məncə, belə bir siyahı reallıqda yoxdur, sadəcə ittifqa üzvlərinin özlərini “ağıllı aparması” üçün onu uydurublar. Görünür, kinonu ilk növbədə elə kino ittifaqının üzvlərindən, yəni kinoçuların özündən qorumaq lazımdır. Hətta mən də ölkə başçısının bu istiqamətdə bir addım atacağına ümid bəsləməyə başlamışam.

Məktəblərdə hicab qadağası...

– Çox həssas mövzudur. Qərarın icrasına da çox həssas yanaşılmalıdır. Mənim fikrimcə, biz on səkkiz yaşına qədər övladlarımıza təhsildən yayındıra, evləndirə bilmiriksə, buna görə hüquqi məsuliyyət daşıyırıqsa, bu yaş həddinə qədər uşaqların özləri haqda qərar vermək hüquqları yoxdursa, onlar dövlət tərəfindən qorunursa, geyimləri də konstitusiya əsaslı qaydalarla müəyyən olunmalıdır. Dünyəvi məktəbdə dini mənsubiyyət qabardılmamalı, əks halda, ölkədə yaşayan digər din mənsublarına, məsələn, xiristianlara da, yəhudilərə də eyni şərait yaradılmalıdır. Bu isə təhsil haqqında qanun və tdəris qaydaları ilə heç uyğun gəlmir. Mürəkkəb məsələdir. Lakin bütün hallarda istiqamət dünyəvi qanunlaradır. Məktəblərdə ümumi formaya etiraz edənlər qarşılarında Azərbaycan dövləti və konstitusiyanın dayandığını mütləq nəzər almalıdırlar. İstərdim biz 18 yaşınacan qızlarımızı cinsi mənsubiyyətlərinə görə qiymtləndirməyək, onlara evlənmək obyekti kimi baxmayaq, beləliklə, örtünmələrini vacib şərtə çevrməyək. On səkkiz yaşdan sonra isə seçim özlərinindir.

Bizim dövlətimizin dinə münasibəti çox mütərəqqidir. İran kimi problemli ölkə ilə qonşuluğumuzu da nəzərə alsaq, bu sahəyə nəzarət güclü olmalıdır. Hicab məsləsi həm də bu təhlükəsizliyin tərkib hissəsidir.

– Alim Qasımov və müğənni Üzeyirin klipi...

– Üzeyir Mehdizadənin məlum qalmaqalla bağlı açılamasına baxdım, sizə deyim, etikadan kənar, sənət tərbiyəsinə uyğun gəlməyən bir açıqlama idi. O tamaşaçılarına deyir ki, gəlin, bir-birmizin əl-ayağına dolaşmayaq. Az qala rədd olun, açılın baışmdan deyəcək. Mən bunun günahını Üzeyirdə yox, Alim müəllimdə görürəm.

Bir səviyəni qoruyub saxlamaq, ona çatmaqdan qat-qat çətindir. Alimin öz çatdığı zirvələrdən zaman-zaman yuvarlandığını görürük. Deyir, muğamı gəncləşdirmək üçün belə edirəm. İndi Alim müəllimdən soruşuram: sizin oxuduğunuz nə qədər muğam idi? Onun ifası Üzeyirlə harmoniya yox, kontrast yaradırdı. Vurduğu boğazların Üzeyrin bəstəsinə dəxli yox idi. Sözlər isə sadəcə bayağılığın son həddidir.

Hər şeyin üstündə yaman əsirsən,
Tezləşdirmək üçün nəfəs kəsirsən,
Ömür gedir, ölümçün tələsirsən,
Bu dünyanın nəyindən narahatsan…

Sadəcə biabırçılıq! Nə hecası yerindədir, nə təqt bölgüləri, nə ritmi-ahəngi, nə mənası... Füzulidən, Seyiddən, Sabirdən, Abbas Tufarqanlıdan o cür möhtəşəm sözlər oxuyan Alim nəyin müqabilində bu rüsvayçılığı özünə yaraşdırır? Bu azadlıq deyil. Belə bir azadlığı olsa, biz onu görərdik. Məncə, yaxşı pul alıb. Lakin onun bir milyonun qarşılığında da belə bir şey oxumasını arzulamazdım. Bunun adı sənətə xəyanətdir. Onu Alim Qasımov edən sənətə...

Alim Qsımov, siz muğamı gəncləşdirmək istəsəydiniz, Təyyar Bayramovu xırda bir yanlışa görə ölkə başçısının yanında o cür rüsvay eləməzdiniz. Həqiqi istedadlı bir gənclə heç olmasa bir duet oxuyardınız. Ehtiram Hüseynov, Güllü Muradova, Səbinə Ərəbli kimi ifaçıları olan sənətdən danışarkən, bir dəfə birinin adını çəkib həvəsləndirərdiniz. Qəti şəkildə sizin belə bir niyyətiniz olmayıb. Üzeyirlə oxuduğunuz isə muğama dəstək yox, təhqirdir. Xahiş edirəm sözlərimi səmimi qəbul edəsiniz.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar