Dünya çempionu olmuş sabiq futbolçu Mesut Özilin Ukraynanın “Mirotvorets” internet saytının məlumat bazasına daxil edildiyi iddia olunur.
"Bakupost" xəbər verir ki, buna səbəb Özilin FİFA-nın Rusiya və İsrail komandalarına münasibətdə fərqli mövqe sərgiləməsini tənqid etməsi olub.
Sabiq futbolçu açıqlamasında FİFA-nın İsrail komandalarına qarşı heç bir məhdudiyyət tətbiq etmədiyi halda, Rusiya komandalarına sanksiyalar tətbiq etməsini ikili standart kimi qiymətləndirib.
“Artıq ikili standartları bir kənara qoyub, inşallah, hamıya bərabər yanaşarlar”, – deyə Özil bildirib.
Qeyd edək ki, “Mirotvorets” Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığını iddia etdiyi şəxslərin məlumatlarını dərc edən internet saytıdır. Bu bazaya daxil edilmək özlüyündə rəsmi dövlət sanksiyası hesab olunmur.