Ru
21:15 / 09 Noyabr 2026

Gümrüdə Rusiya ordusunun iki hərbçisi saxlanıldı

Gümrüdə Rusiya ordusunun iki hərbçisi saxlanıldı
Eye

Ermənistanda iki rusiyalı hərbçi Ukrayna vətəndaşını döyməkdə şübhəli bilinərək saxlanılıb.


"Bakupost" xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti Ermənistan İstintaq Komitəsinə istinadla məlumat yayıb.

Məlumata görə, təxminən bir ay əvvəl Gümrüdəki Rusiya bazasının hərbi qulluqçuları şəhərin rayonlarından birində ukraynalı Dmitri Samuelenkonu döyüblər.

Hücumla bağlı cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib.

Münaqişənin səbəbləri hələlik məlum deyil.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar