Ru
19:27 / 09 Noyabr 2026

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Eye

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib.


"Bakupost" "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb.

Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir.

Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mili məsafədə yerləşən ərazidən 18 nəfəri təxliyə edə biliblər.

Bundan əlavə, sahil mühafizəsi əməkdaşları Krit sahillərində paralel olaraq həyata keçirilən daha iki əməliyyat zamanı onlarla miqrantı xilas ediblər. Sağ qalanların hamısı tibbi və humanitar yardım göstərilməsi üçün sahilə çıxarılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar