İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, DAF markalı yük avtomobili KIA markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov, eləcə də sərnişin, 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva həlak olub, sərnişinlər - 1981-ci il təvəllüdlü Mənsur Rzayev və yük maşınının sürücüsü, 1982-ci il təvəllüdlü Emin Ələkbərov xəsarət alıblar.
KIA markalı minik avtomobilinin sərnişinləri - 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva və 1981-ci il təvəllüdlü Mənsur Rzayevin ər-arvad olduğu bildirilir. Qəza nəticəsində Gülrəng Əliyeva həyatını itirib, Mənsur Rzayev isə xəsarət alıb.
Minik avtomobilində olan hər üç şəxs Füzuli rayon sakinidir.
Faktla bağlı araşdırma aparılır.