Ru
23:38 / 09 Noyabr 2026

Avropada kiberhücum qalmaqalı: Fransada İran diplomatı XİN-ə çağırıldı

Avropada kiberhücum qalmaqalı: Fransada İran diplomatı XİN-ə çağırıldı
Eye

Fransa İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Avropa ölkələrində soyuduculara edilən kütləvi haker hücumlarında ittiham edib və bununla bağlı İranın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.


"Bakupost" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Fransanın Xarici İşlər naziri Jan-Noel Barro İran diplomatının nazirliyə çağırıldığını təsdiqləyib. Nazir, həmçinin bu növ kiberəməliyyatlara cavab olaraq İrana qarşı Avropa İttifaqının (Aİ) sanksiyalarının daha da sərtləşdiriləcəyi ilə hədələyib.

İran tərəfi isə rəsmi olaraq bu növ kiberhücumlarda iştirakı rədd edir və ittihamları əsassız adlandırır.

Xatırladaq ki, noyabrın 2-də Avropanın bir neçə ölkəsindəki supermarketlərin soyuducu və dondurucu kameraları haker hücumu nəticəsində sıradan çıxıb. Eyni vaxtda Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla böyük supermarket şəbəkəsində ("Delhaize", "Spar", "SuperValu", "ICA") ərzaqların donu açılmış və ciddi ziyan dəymişdi. Bənzər kiberhücumla Fransa da üzləşmiş və ölkədəki yüzlərlə qida mağazasının soyutma sistemi iflic olub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar