Ru
10:09 / 26 Noyabr 2021

AMEA ləğv olunmalıdır - Deputat

3192
"Hər il dövlət büdcəsi layihəsinin müzakirələri zamanı geniş diqqət çəkən məsələlərdən biri də elm xərclərinin məbləği ilə bağlı olur, dövlət büdcəsindən elmə ayrılan vəsaitin azlığı xüsusi narahatlıqla vurğulanır, dövlətin elmə qayğısı ilə bağlı müxtəlif ölkələrdən nümunələr gətirilir. 2022-ci ildə dövlət büdcəsindən elm xərclərinə 202.8 milyon manat ayrılır ki, bunun da büdcə xərclərində payı 0.7 faizdir (ÜDM-in 0.2 faizi qədər)”.

Bakupost.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib.

E.Əliyev vurğulayıb ki, indiki dövrdə bu vəsaitin çox və az olmasından daha çox, həmin vəsaitin necə istifadə olunması müzakirə edilməlidir:



“Məlumdur ki, bu vəsaitin böyük hissəsi (133.9 milyon manatı) Azərbaycan Milli Elmlər Akademiyasına ayrılır. Heç kəsə sirr deyil ki, bu vəsait AMEA-nın elə indiki kimi saxlanmasına sərf olunur. Elə sual da budur ki, AMEA-nın belə qalması bizə lazımdırmı? Bu gün AMEA ölkə elminin inkişafına nə verir? AMEA-da islahatlar olacaqmı? Nəticə əsaslı büdcə mexanizmlərinə keçid tələb edir ki, elmə ayrılan vəsaitlər də konkret hədəflənmiş olsun. Buna görə də Azərbaycan elminin islahatı və inkişafı sahəsində strategiyanın hazırlanmasına və məhz həmin strategiyaya uyğun elmin maliyyələşdirilməsinə ehtiyac vardır. Təklif edirəm ki, “Elm” sahəsi də, “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” ilə yanaşı nəticəəsaslı pilot layihəsinə daxil edilsin. Yaxud, heç bir perspektivi olmayan Ali Attestasiya Komissiyasının saxlanması üçün Büdcənin Ümumi Dövlət xidmətləri bölməsində 2 milyon 452.8 min manatın ayrılması nəzərdə tutulub. Dünyada belə bir qurumun analoqu yoxdur. Və bu qurumun ləğv olunması günün tələbidir”.

Sevinc
BakuPost
Şərhlər
  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Hörmətli millət vəkili sözlərinizdə həqiqət var Gəlin açıq danışaq MM -ə Prezident aparatından təqdim edilən hansı sənədi qəbul etməmisiniz Kosmetik dəyişilik və AMİN MM-də ləğv etmək lazımdır Luzumsuz xərclər azalsın Bizdə kimsə demirki Stolıpın demişkən 5 il mənə toxunmayın cənnət yaradım Qısa yazıram Bizdə balaca DEN SYA PEN yoxdur Bəlkə Çiqakolu gəncləri dəvət edək Bəzi deputatlarda deyilişi gözəl sözlərdemək xəstəliyi yaranıb Polemika üçün yaxşı fikirdir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər