Ru
15:36 / 20 Yanvar 2026

“Futbolçu elə məxluqdur ki, ...” – Qurban Qurbanov

“Futbolçu elə məxluqdur ki, ...” – Qurban Qurbanov
Eye

“Xeyli vaxt futboldan uzaq qalmışdı. Ümumi durumu pis deyil”.

Bakupost.az xəbər verir ki, bu sözləri Qarabağın baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Ayntraxt"la keçiriləcək qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında Coni Montiellə bağlı sualı cavablandırarkən deyib deyib.

Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının VII turunda Bakıda baş tutacaq oyunla bağlı danışıb:

“Amma futbolçu elə məxluqdur ki, nə vaxt soruşsan, deyəcək hazıram, optimal formadayam. İstər bir ay məşq etməsin, ya etsin. Ancaq ümumi reallığa baxsaq, Montiel çox əziyyət çəkib. Hazırlığında problem var idi, daha sonra zədələndi. İşinə çox peşəkarcasına yanaşdı. Ondan razıyam. Amma hər bir halda, hələ Montieli tam hazır hesab etmirəm. Özünü yaxşı tərəfdən göstərsə də, belədir. Çünki bir ildən çox futbol oynamayıb. Belə gərgin, dinamik, məsuliyyətli oyunlarda onun oyun təcrübəsinə çox ehtiyac var. Amma bugünkü hazırlığından razıyam. İnanıram ki, hələ daha da yaxşı ola bilər. Çalışacam ki, məşqçi olaraq onu daha yaxşı səviyyəyə gətirim. Təbii ki, bu cür peşəkar qalarsa...”


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar