““Ayntraxt”ın oyunlarına izləyirdik. Yanvardan bu yana 3 matça çıxıblar, fərqli sistemdə oynayırdılar. Matçın gedişatında fərqli hücumlar qururdular. Hər oyunda bir cür müdafiə olunurdular. Ona uyğun işimizi aparırdıq”.
Bakupost.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu gün təşkil etdiyi mətbuat konfransında deyib.
Q.Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək “Qarabağ”-“Ayntraxt” qarşılaşması ilə bağlı deyib ki, “sabah meydanda o qədər diqqətli olmalıyıq ki, gedişatların qarşısını alaq, ya da öz vəziyyətimiz daha da yaxşılaşdıraq.”
“Bir neçə dəfə belə halla qarşılaşmışıq, rəqibin baş məşqçisi dəyişib. Sona qədər intizamlı oynasaq, diqqətli olsaq, problem olmalı deyil. Bəli, “Ayntraxt” təcrübəli rəqibdir, özünəməxsus alman intizamı var, bunlar öz yerində. Bizim təcrübəmiz, futbolçuların hazırlığı... İnanıram ki, sabah öz oyunumuzu əvvəlki matçlardan daha yaşı oynasaq, uğur əldə edə bilərik. Amma baş məşqçi dəyişikliyi bizim üçün sürpriz oldu və fikirlərimiz qarışdı”, – deyə təcrübəli mütəxəssis bildirib.