Ru
15:14 / 20 Yanvar 2026

“Hazırlaşmaq üçün çox vaxtımız olmadı, amma istirahət etdik” – Qurban Qurbanov

“Hazırlaşmaq üçün çox vaxtımız olmadı, amma istirahət etdik” – Qurban Qurbanov
Eye

“Çox vacib matçdır. Düzdür, hazırlaşmağa vaxtımız çox olmadı. Hər bir halda, zamanımız oldu ki, istirahət edək və oyuna daha sakit hazırlaşaq. Az vaxtdan səmərəli istifadə etdik”.

Bakupost.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Ayntraxt" klubu ilə keçiriləcək qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək sabahkı oyunla bağlı danışıb:

“Çalışdıq ki, futbolçularımızı bu oyuna fiziki cəhətdən hazırlayaq. Bir oyun da əlavə oynasaydıq, daha yaxşı olardı. Futbolçularım çox istəkli idilər. İnanıram ki, sabah meydanda çox intizamlı kollektiv görəcəyik. Rəqibin düşərgəsində bəzi dəyişikliklər olub. Bu, bizə mane olan amillərdəndir. Sabah ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar