Ru
15:01 / 20 Yanvar 2026

“ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi Rusiya və Çinə sərf edir” – Politoloq

“ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi Rusiya və Çinə sərf edir” – Politoloq
Eye

“Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Krımla Qrenlandiya arasında bərabərlik işarəsi qoyub”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu sosial şəbəkədəki paylaşımında yazıb.

E.Şahinoğlu qeyd edib ki, Lavrorun sözlərinə görə, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün nə qədər əhəmiyyətlidirsə, Krım da eyni səbəbdən Rusiya üçün əhəmiyyətlidir: “Bu sözlər onun təsdiqidir ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi Rusiya, hətta Çinin maraqlarına uyğun olacaq. Birincisi, bu ABŞ-Avropa münasibətlərini gərginləşdirəcək, ikincisi, NATO dağılmasa belə zəifləyəcək, üçüncüsü, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək, Çin isə Tayvanın ona məxsus olduğunu gur səslə elan edəcək. Təsadüfi deyil ki, Lavrov mətbuat konfransında “kim güclüdürsə, o da haqlıdır” tezisini səsləndirib. Bu elə Donald Trampın yürütdüyü siyasətdir”.

Politoloq xatırladıb ki, Donald Trampın Prezident kimi fəaliyyətə başlamasının bir ili tamam oldu: “Bu bir ildə ətraf toz-dumana bürünüb, hələ qarşıda Trampın 3 ildə edəcəkləri var. Tramp üçün dost, tərəfdaş və düşmən anlayışı nisbi xarakter daşıyır. Tramp bu bir ildə iki qonşusu – Kanada və Meksikanı da Amerikadan küsdürməyə nail olub. O, Qrenlandiyanı Amerikaya birləşdirərsə, buna müqavimət göstərəcək güc yoxdur”.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar