Siyasətdən uzaqlaşdıqdan təxminən beş il sonra Almaniyanın keçmiş kansleri Angela Merkel yenidən siyasi xəbər başlıqlarına çıxıb.
“Forsa”nın sorğusuna görə, respondentlərin 47 faizi keçmiş kanslerin Almaniyanın növbəti prezidenti olmağa layiqli olduğuna inanır.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, hazırkı prezident Frank-Valter Ştaynmayer ikinci müddətini başa vurduqdan sonra gələn il vəzifəsindən ayrılacaq.
Bildirilir ki, Merkelə dəstək verənlər arasında sağ mərkəzçi qüvvələr daha çoxdur. CDU və CSU tərəfdarları arasında 55 faizi Merkeli yararlı hesab edir. SPD seçiciləri arasında bu rəqəm 55 faiz, Yaşıllar Partiyası tərəfdarlar arasında 75, solçu seçicilər arasında isə 70 faizə çatır. Hətta Almaniya üçün Alternativ (AfD) tərəfdarlarının 23 faizi Merkeli sözügedən vəzifəyə yararlı olduğuna inanır.
Lakin Merkelin özü siyasi karyerasını davam etdirməyi planlaşdırmır. Keçmiş kanslerin namizədliyi ilə bağlı şayiələr ilk dəfə 2026-cı ilin fevral ayında ortaya çıxanda o, bunu kəskin şəkildə rədd edərək "absurd" adlandırıb.
Rüfət Sultan,
BakuPost