Ru
16:44 / 23 Dekabr 2025

“Ankara və Bakı azad ticarəti müzakirə edir” – Türkiyəli nazir

“Ankara və Bakı azad ticarəti müzakirə edir” – Türkiyəli nazir
Eye

Türkiyə Azərbaycanla azad ticarət sazişinin imzalanmasında maraqlıdır və bu istiqamətdə iki ölkənin hökumətləri arasında texniki məsləhətləşmələr davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində bildirib.

Nazirin sözlərinə görə, hər iki ölkənin müvafiq qurumları mümkün sazişin parametrləri üzrə detallı təhlil və qiymətləndirmə aparır. O qeyd edib ki, məqsəd ticarət əlaqələrinin daha da dərinləşdirilməsi və hüquqi çərçivənin genişləndirilməsidir.

“Türkiyə ilə Azərbaycan arasında azad ticarət sazişinin imzalanmasını hədəfləyirik. Texniki qruplar bu məsələ üzrə məsləhətləşmələr aparır, təhlillər və qiymətləndirmələr həyata keçirilir. Ümid edirik ki, zamanla bu məqsədə nail olacağıq”, – deyə Ömər Bolat vurğulayıb.

Nazir xatırladıb ki, Türkiyə ilə Azərbaycan arasında preferensial ticarət sazişi 2021-ci ildə qüvvəyə minib və artıq müsbət nəticələr verib. Onun sözlərinə görə, Ankara mövcud mexanizmlərin daha da genişləndirilməsində maraqlıdır və qarşılıqlı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyir.

Bu fonda Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz Bakıda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş keçirib. Görüşün nəticələri barədə Yılmaz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar