Ru
16:14 / 05 Mart 2026

Naxçıvana düşən “Arash-2” olub – İran PUA-sının taktiki-texniki xüsusiyyətləri

Naxçıvana düşən “Arash-2” olub – İran PUA-sının taktiki-texniki xüsusiyyətləri
Eye

Martın 5-də İran ərazisindən Naxçıvana olan hücum “Arash-2” pilotsuz-uçuş aparatı ilə həyata keçirilib.

Bakupost.az Modern-ə istinadən xəbər verir ki, İranın kamikadze tipli uzun mənzilli PUA rəsmi olaraq İran Silahlı Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən istifadəyə verilib.

Sistem İranın Müdafiə Nazirliyinin Aerokosmik Təşkilatı tərəfindən hazırlanıb və əsasən strateji hədəflərə zərbə endirmək üçün nəzərdə tutulub.

Xarici mənbələrin məlumatına görə , “Arash-2” sistemi İranın pilotsuz zərbə arsenalında uzun mənzilli hədəflərə qarşı istifadə üçün hazırlanmış “loitering munition” – yəni hədəfi müəyyən sonra ona çırpılara həm özünü həm də hədəfi məhv edən PUA kateqoriyasına daxildir.

Sistem əsasən, uzaq məsafədə yerləşən hərbi obyektlər, infrastruktur və canlı qüvvəyə zərbə endirmək üçündür.

“Arash-2” ilk dəfə 2022-ci ildə İran Silahlı Qüvvələrinin təlimləri zamanı nümayiş etdirilib. Sistem İran ordusu və SEPAH tərəfindən istifadə üçün hazırlanıb.

Müxtəlif açıq mənbələrdə göstərilən məlumatlara görə, “Arash-2” aşağıdakı xüsusiyyətlərə malikdir:

Tip: Kamikadze (loitering munition) PUA

Uçuş məsafəsi: təxminən 1 500 – 2 000 km

Sürət: saatda təxminən 180–260 km

Uçuş hündürlüyü: orta taktiki hündürlük (dəqiq rəqəm rəsmi açıqlanmır)

Döyüş başlığı: təxminən 200–260 kq partlayıcı

İdarəetmə: əvvəlcədən proqramlaşdırılmış koordinatlar və peyk naviqasiyası

Təyinat: infrastruktur, hərbi bazalar, radar sistemləri və canlı qüvvənin məhv edilməsi

PUA hədəf bölgəsinə yaxınlaşdıqdan sonra koordinatları müəyyən edir və hədəfə çırpılaraq partlayır. Bu səbəbdən də “kamikadze dron” adlandırılır.

“Arash-2” İranın uzaq məsafədən zərbə endirmə strategiyasının bir hissəsi hesab olunur. Bu PUA aşağıdakı məqsədlərlə istifadə oluna bilər:

Hava hücumundan müdafiə sistemlərinin aşılması

Strateji obyektlərin məhv edilməsi

Uzaq məsafədən psixoloji və hərbi təzyiq

Düşmən radar və komanda məntəqələrinin vurulması


İran rəsmiləri bəyan ediblər ki, bu PUA-lar regiondakı potensial rəqiblərə qarşı uzun məsafəli zərbə vasitəsi kimi nəzərdə tutulub.

“Arash-2” İranın digər məşhur kamikadze PUA-sı olan “Shahed‑136” ilə müqayisədə daha böyük döyüş başlığına və daha uzaq uçuş məsafəsinə malik hesab olunur. Bu isə onu strateji hədəflərə qarşı daha təhlükəli edir.

Analitiklər hesab edirlər ki, İranın kamikadze PUA-ları – xüsusilə “Arash-2” – ölkənin hərbi strategiyasında mühüm rol oynayır. Çünki bu tip PUA-lar:

nisbətən ucuz istehsal olunur,

uzun məsafəni qət edə bilir,

hava hücumundan müdafiə sistemlərini yükləmə taktikasına məruz qoyur.


Bu səbəbdən “Arash-2” İranın pilotsuz zərbə sistemləri arasında uzun mənzilli hücum vasitələrindən biri hesab edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar