"Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır və müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".
Bakupost.az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev məlumat verib.
O bildirib ki, Arif Babayevin öz tənəffüsü mövcud olsa da, təəssüf ki, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeyd olunmur:
"Eyni zamanda böyrək funksiyaları başda olmaqla, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzərə alınaraq xəstənin hərtərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".