Moskva Şəhər Prokurorluğu paytaxt sakini, 39 yaşlı kişiyə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin məhkəməyə göndərilməsi barədə qərarı təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumat paytaxt prokurorluğunun "Telegram" kanalında yayılıb.
İstintaqla müəyyən edilib ki, 2024-cü il avqustun 25-də səhər saatlarında həmin şəxs Moskvada, Krasnokazarmennaya küçəsində yerləşən yaşayış binasının 16-cı mərtəbəsindəki mənzildə arvadını və bir yaşlı oğlunu pəncərədən atıb. Nəticədə 1988-ci il təvəllüdlü qadın və 2023-cü il təvəllüdlü uşaq hadisə yerində dünyasını dəyişiblər.
Hərtərəfli məhkəmə-psixoloji və psixiatrik ekspertiza nəticəsində məlum olub ki, həmin şəxs xroniki psixi xəstəlikdən əziyyət çəkir və cinayət törədərkən öz hərəkətlərinin real mahiyyətini və ictimai təhlükəliliyini dərk edə, eləcə də onlara nəzarət edə bilməyib.
Cinayət işi baxılması üçün Moskva Şəhər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Lalə,
BakuPost