Ru
11:48 / 07 Oktyabr 2019

Arvadının başını kəsən şəxsdən YENİ XƏBƏR

4514
Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakupost.az-ın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisəı bu ilin may ayında Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 42 yaşlı Vüsal Məmmədov Muxtar Fətəliyev küçəsində yerləşən yaşayış binasının girişində (blokda) iki azyaşlı oğlunun gözü qarşısında 41 yaşlı həyat yoldaşı Məmmədova Fəridə İsmayıl qızının başını kəsib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisə yerindən qaçan 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər