Ru
20:14 / 16 Fevral 2026

Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə - Foto

Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə - Foto
Eye

Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Qaranlıqdan sonra” adlı xüsusi tədbir keçirilib.


Bakupost.az xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tədbirdə iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd Birliyin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinam hissinin gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi olub.

Proqram çərçivəsində istifadə olunmuş materiallardan hazırlanmış 21 ədəd əl işi nümayiş etdirilib. Yararsız hesab olunan sap və digər vəsaitlərə ikinci həyat verilməsi ekoloji məsuliyyət prinsipini və uşaqların yaradıcı təfəkkürünü əks etdirib.

Sonra reabilitasiya prosesi keçən uşaqlar tərəfindən Azərbaycan filmlərindən seçilmiş fraqmentlər səhnələşdirilib, rəqs kompozisiyaları təqdim olunub.

Bədii hissədə sığınacağın uşaqları ilə bərabər, Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Afaq Bəşirqızı, Əməkdar artist Fərqanə Qasımova, eləcə də müğənnilər Samir Bağırov və Elnur Məmmədov musiqi nömrələri ilə çıxış ediblər.

Sonda “Azərbaycan Uşaqları” İctimai Birliyinin “Özgə uşağı olmur” himni səsləndirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar